Xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsİnin nüvə silahının yayılmaması haqda öhdəliyə əməl edəcəyini bildirib.
Bu arada Kim Çen In KXDR-lə düşmənçilik edən dövlətlərlə də münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu da əlavə edib. O, bildirib ki, Koreya Xalq Demokratik Respublikasına qarşı düşmənçilik siyasəti yürüdən dövlətlərlə münasibətləri nizamlamağa hazırdır.