Dağıstan Respublikasının başçısı R.Abdullatipov ölkəmizdə yaşayan həmvətənləri, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirəcək.
Eyni zamanda Azərbaycanın Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlığa dair saziş imzalanması planlaşdırılır.
Nümayəndə heyəti Bakıdan əlavə, Xaçmaz və Qusara da səfər edəcək.