Aşıq Samirə Əliyeva arıqlamasından danışıb.

Xeyli çəki atan sənətçi Axşam.az-a açıqlamasında dietoloq məsləhəti aldığını bildirib. O, xəstəliyə görə arıqlaması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Heç bir xəstəliyim yoxdur. Novruz bayramında pəhrizimi pozdum. Amma indi yenidən başlamışam. Dietoloqum sağ olsun, məni sağlam arıqladır. Səhnə adamları hər zaman formada qalmalıdır. Səhnə yaşlanmağı sevmir. Qorxuram səhnəyə yaraşmayam. Ona görə də vaxtında geri çəkilmək istəyirəm. Ehtiyac olarsa, plastik əməliyyat da etdirərəm”.

Bu il 35 yaşı tamam olacaq S.Əliyeva özünə təmtəraqlı ad günü keçirməyi planlaşdırır:

“Heç vaxt ad günü keçirməmişəm. Bu dəfə istəyirəm adıma layiq ad günü edim. Həm də sənətə gəlməyimin 25 ili tamam olur. Yaşlanmaqdan qorxmuram. Təki sağlam canım olsun. Bunu özümə şərəf bilirəm”.