Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 metrə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.
İki hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə piyada səkiləri yaradılacaq. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.
Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətləri çəkiləcək.
Qeyd edək ki, 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.








