Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakıda dələduzluq əməlinə görə yaxaladığı şəxslərdən birinin futbolçu olduğu üzə çıxıb. Lent.az-ın məlumatına görə, həmin şəxs 1995-ci il təvəllüdlü Arnaud Ziepop Patrikdir. Kamerundan olan Patrik bu ilin mart ayında Azərbaycana gəlib. O, peşəkar futbolçudur. Mali, Mərakeş, Zimbabvenin əsas liqalarında və ardınca Fransanın aşağı divizion klublarında çıxış edən Patrik bir müddət əvvəl musavat.com-a müsahibəsində deyib ki, Fransanın tanınmış klublarından olan “Laval”a transfer ediləcəyi ərəfədə meneceri tərəfindən aldadılıb.

21 yaşlı kamerunlu onu da bildirib ki, hazırda Bakının “İnter” futbol klubu ilə danışıqlar aparır və bu kluba transfer oluna bilər.

*****

12:17

Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasınının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanmadığı şəxslərin onun etimadını qazanaraq 50000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100.000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu imiş - ŞOK DETAL
Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu imiş - ŞOK DETAL
Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu imiş - ŞOK DETAL
Azərbaycanda 1 dolları 2 dollara çevirən şəxs peşəkar futbolçu imiş - ŞOK DETAL