“Cəsarətliliyimi mahnılarımda, kliplərimdə, fotosessiyalarımda göstərirəm. Adını səmimi qoyub, efirdə ağzıma gələni danışmaq istəmirəm. Mənim də qadağalarım var. Bunu mənə nə valideynlərim, nə də həyat yoldaşım qoymayıb”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva “V element” verilişində deyib. Müğənni şou-biznesin hazırkı vəziyyətindən şikayətlənib:
“Estradamız böhran keçirir. Əvvəl düzələcəyinə ümidim var idi, indi yox. İstedadlı gənclərimiz var, amma hamısı pul qazanmağa qaçır. Pul da konsertdə, albomda deyil, el şənliyindədir”.
Z.Xanbabayeva küsülü olduğu həmkarı Faiq Ağayevdən danışaraq, onu qeyri-səmimi adlandırıb. İfaçı aparıcıların “Faiq Ağayev verilişimizdə qonaq olanda dedi ki, sizin sənətinizi sevir” sözlərinə belə cavab verib:
“Mənim bir nəfərlə qalmaqalım olub - Faiq Ağayevlə. Sizin verilişə baxdım, xoş olmadı. Mənə səmimi gəlmədi. Sonda soruşdunuz ki, “əl verdi, əlinizi çəkdiniz”. Deyir, səmimiyətsiz insanlara əl uzatmıram. Bir qadının kişiyə əl verməsi, qarşı tərəfin əlini çəkməsi düz deyil. Bəzi şeylər bağışlanmazdır. Şərəfimə, ləyaqətimi toxunanı bağışlamaram. Sonda səmimiyyətdən söz açdı. Hansı səmimiyyətdən danışır? Həyatda başqa, efirdə başqadır”.
Z.Xanbabayeva “Siz verilişlərin birində ona əl uzatdınız, geri çevirdi. Onu efir xatirinə etmişdiniz” sualına səmimi etiraf edib:
“Bəli, mən ona efir xatirinə əl uzatmışdım. Amma mən onun olduğu həmin yerə çox pozitiv gəlmişdim. Həmin an özümü itirdim, pərt oldum. Sizin verilişinizdə yalnız həmin əl uzatmadan danışdı. Niyə ondan əvvəl baş tutan böyük qalmaqalı yada salmadı?
Mən heç vaxt onun sənətini dinləməmişəm, dinləmirəm də”.
Zülfiyyədən küsülü olduğu Faiqə: "Bağışlamaram"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Paşinyanın şəxsi həyatı məhkəməlik oldu - Pul tələb edir?
Bu gün
·
02:41
“Vikinq”lə matça 23 futbolçumuz hazırdır” - Dambrauskas
Bu gün
·
01:03
Noyabr ayında 4 bürcün bəxti gətirəcək
Bu gün
·
00:08
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
Bu gün
·
00:05
İstanbulda futbol gecəsi - "Qalatasaray" almanları əliboş göndərdi
Dünən
·
23:53
Molla 32 yaşlı arvadını qətlə yetirib - TƏFƏRRÜAT
Dünən
·
23:51
Körpələr üçün təhlükəlidir - Türkiyə satışını dayandırır
Dünən
·
23:09
"Niyə subaysan" sualına belə cavab verdi
Dünən
·
23:07
Bu şəxslərə maaşdan əlavə pul verilə bilər - TƏKLİF
Dünən
·
23:00
"Xoşbəxt deyiləm" - "Fənərbağça"lı ulduz futbolçu
Dünən
·
22:54
"Şəki yaylası" istirahət mərkəzi bağlandı
Dünən
·
22:49
Ən qonaqpərvər ölkələr açıqlandı - SİYAHI
Dünən
·
22:41
Noyabrın 4-də paytaxtda qaz kəsiləcək - Ərazilər
Dünən
·
22:34
Maşın bazarında nə baş verir? - Qiymətlər dəyişir
Dünən
·
22:26
"Mahmut Hoca"nın oğlu illər sonra üzə çıxdı - FOTO
Dünən
·
22:26