Bakı, 24 fevral, AzərTAc
Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Karabükspor”da Tolunay Kafkasın istefasından sonra yeni baş məşqçinin adı müəyyənləşib.
AzərTAc xəbər verir ki, posta Türkiyədə yaxşı tanınan Yılmaz Vural gətirilib.
Təcrübəli mütəxəssis də bunu təsdiq edib. Bildirib ki, o, “Karabükspor” ilə anlaşıb. Yaxın müddətdə müqavilə imzalanacaq. Tolunay Kafkasın bu komandada əməyi böyükdür. Hazırda əsas məqsədimiz komandanı çətin vəziyyətdən çıxarmaqdır.