Bakı, 24 fevral, AzərTAc
Universal Çağrı Mərkəzinin yaradılması dövlət qurumunun əlçatan olması üçün irəliyə doğru atılan bir addımdır. Bu baxımdan da dövlət qurumu və vətəndaş arasında münasibətin daha effektiv qurulmasında elektron xidmətin əlçatanlığının öz yeri var.
Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz AzərTAc-ın müxbirinə deyib. O.Gündüz vurğulayıb ki, hələlik bu mərkəzə 7 qurum qoşulub. Bunlar insanların daha çox və tez-tez üz tutduqları qurumlardır. Bu xidmətin Azərbaycan üçün universallıqdan qloballığa keçməsinə ehtiyac var. Fikrimcə, Çağrı Mərkəzinə qoşulanların sayının artması sahibkarların işini xeyli asanlaşdıracaq.