"Report"un məlumatına görə, iş təqrirlə başqa hakimə verilib. İşə hansı hakimin baxacağı yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, daha əvvəl bu iş üzrə məhkəmə iclasına hakim Səriyyə Seyidova sədrlik edirdi.
Qeyd edək ki, ötən il CATEL VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın, aktın və tələbnamənin mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.