UEFA Gənclər Liqasının "Çempionlar yolu"nun I mərhələsində mübarizə aparacaq 32 komandadan 23-ü müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Ukraynanın ardından daha iki ölkənin çempionu bu raundda mübarizə aparmayacaq.

Bunlar Almaniya və Fransadır. Onların çempionları əsas komandanın uğurlu çıxışı sayəsində Çempionlar Liqasına vəsiqə qazandığından yarışa digər yoldan başlayacaqlar. "Çempionlar Liqası yoluna" qatılacaq bu komandaları UEFA reytinqində ilk "32-lik"dən kənarda qalan daha iki ölkə təmsilçisi əvəzləyəcək. Bununla da Moldovanın ardından Gürcüstan və Finlandiya yarışa qatılacaqlar.

AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi olan "Qəbələ" də 23 iştirakçı sırasındadır. Təmsilçimizin potensial rəqibləri sırasına "Qalatasaray" da qoşulub. Bundan başqa "Malaqa", "Mançester Siti" kimi klublar da "Qəbələ" ilə görüşə bilərlər.

UEFA Gənclər Liqası

"Çempionlar yolu"

"Qəbələ" (Azərbaycan), "Malaqa" (İspaniya), "Anderlext" (Belçika), "Mançester Siti" (İngiltərə), "Dinamo" (Moskva, Rusiya), "Ayaks" (Hollandiya), "Qalatasaray" (Türkiyə), PAOK (Yunanıstan), "Sparta" (Çexiya), "Vitorul" (Rumıniya), APOEL (Kipr), "Dinamo" (Xorvatiya), "Makkabi" (Hayfa, İsrail), AİK (İsveç), "Liteks" (Bolqarıstan), "Rusenborq" (Norveç), "Midtyulland" (Danimarka), "Seltik" (Şotlandiya), "Nitra" (Slovakiya), "Domjale" (Sloveniya), "Kayrat" (Qazaxıstan), "Şerif" (Moldova), HİK (Finlandiya)

Milli.Az