"Report" xəbər verir ki, bunu Azərbaucanın energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib: "Neft bazarındakı vəziyyətlə bağlı boru kəmərlərinin tikintisində istifadə olunacaq materialların qiyməti aşağı düşüb. Bu da layihə üzrə xərcləri azaldıb".
"TANAP-ı 11 mlrd. dollar həcmində dəyərləndirirdik, indi isə bu boru kəmərinin tikintisinə cəlb olunacaq vəsait 9,3 mlrd. dollara enib", - deyə nazir əlavə edib.
N.Əliyev vurğulayıb ki, nəzərdə tutulan xərclərlə bağlı mütəmadi olaraq təkrar qiymətləndirmələr aparılır: "Hazırda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi 23,8 mlrd. dollar həcmində dəyərləndirilir. Trans-Adriatik Boru Kəmərinin tikintisi işləri isə 6 mlrd. dollar həcmində qiymətləndirilir".