İsveç taxt-tacının varisi, 2 yaşlı şahzadə Leonorun yeni fotoları yayılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, balaca Leonorun anası, şahzadə Madlen tanınmış fotoqraf Bricit Qrinfeldtin çəkdiyi fotoları Facebook-dakı səhifəsində paylaşıb.
Ötən ay 2 yaşlı Leonor və onun bir yaşıl kiçik qardaşı Nikolasın Maldiv adalarında çəkilmiş fotoları yayılmışdı.
Şahzadə Madlenin böyük qardaşı Karl Filipp və onun xanımı, şahzadə Sofiya ilk övladlarını gözləyirlər. Şahzadə Viktoriyanın ikinci övladı isə bu yaxınlarda dünyaya gələcək.
2 yaşlı şahzadə Leonor anası, şahzadə Madlen və atası, şahzadə Kristof ilə dünən İsveçin Qotland adasında idilər.
Leonor ona hədiyyə edilmiş "Haydi" adlı atla çəmənlikdə oynayarkən onun fotoları çəkilib.
Milli.Az




















