Bakı, 25 fevral, AzərTAc
Səhiyyə Nazirliyi rezidentləri “Bakı-2015” ilk Avropa Oyunlarında həkim qismində iştirak etməyə dəvət edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, rezidentlərdən fotoşəkilli tərcümeyi-hallarını martın 6-dək t.ahmadova@health.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Seçilən rezidentlərlə əlaqə saxlanılacaqdır.