Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı çərçivəsində qrup turnirinin keçirilməyə başladığı vaxtdan meydan sahibləri açılış matçlarında 9 dəfə iştirak ediblər. "Report"un məlumatına görə, bu qarşılaşmalardan yalnız 3-ü təşkilatçı ölkə üçün uğurlu alınıb.
Ev sahiblərinin hər qələbəsini 16 illik zaman kəsiyi ayırır. 1984 və 2016-cı illərdə Fransa, 2000-ci ildə Belçika qələbə ilə başlayıb.
Avropa çempionatının açılış matçları:
İl Şəhər Matç Hesab Qollar 1980 Roma Çexoslovakiya – AFR 0:1 Rummenige, 57 1984 Paris Fransa – Danimarka 1:0 Platini, 78 1988 Düsseldorf AFR - İtaliya 1:1 Breme, 56 - Mançini, 52 1992 Stokholm İsveç - Fransa 1:1 Erikson, 24 - Papen, 59 1996 London İngiltərə - İsveçrə 1:1 Şirer, 23 - Türkyılmaz, 83 2000 Brüssel Belçika – İsveç 2:1 Qor, 43. Emil Mpenza, 46 - Mölbü, 53 2004 Portu Portuqaliya - Yunanıstan 1:2 Kriştianu Ronaldu, 90+3 - Karaqunis, 7. Basinas, 51 2008 Bazel İsveçrə – Çexiya 0:1 Sverkoş, 71 2012 Varşava Polşa – Yunanıstan 1:1 Levandovski, 17 - Salpingidis, 71 2016 Sen-Deni Fransa – Rumıniya 2:1 Jiru, 57. Payet, 89 – Stanku, 65
Qeyd edək ki, ilk dəfə final mərhələsində 8 komandanın iştirak etdiyi 1980-ci ildən etibarən qrup oyunları keçirilir.