"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran telekanalının efirində ölkənin prezidenti Həsən Ruhani bildirib.
İddiada İran hökuməti antiiran hərəkətlərinin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib.
Bu ilin aprel ayında ABŞ Ali Məhkəməsi 2 mlrd. ABŞ dollarının 1983-cü ildə Beyrutdakı partlayışın və digər terror aktları qurbanlarının ailələrinə ödənilməsi haqqında qərar qəbul edib.