Bu müəllim ildə 8 milyon qazandı

Bu müəllim ildə 8 milyon qazandı
17:47 3 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

"Riyaziyyatın ulduzu"nun tək qayəsi dərsi sevdirməkdir
Bu riyaziyyat müəllimi bir ildə 8 milyon dollar qazanıb. Anspress-in məlumatına görə, cənubi koreyalı müəllim bir il ərzində internet vasitəsilə dərslər keçib. 38 yaşlı Cha Kil-yonq dərsləri izah edərək misallar həll edir. Bu zaman çəkilən videoları isə internetə yükləyir.

Tələbə və şagirdlərin sevimlisi olan müəllim ölkəsində "riyaziyyat ulduzu" adlandırılır. İnternet dərslərdən milyonlar qazanan müəllim tək qayəsinin riyaziyyatı sevdirmək olduğunu deyir.

Cha dərslərinə rəng qatmaq və tələbələrin darıxmaması üçün fərqli üsullara əl atır. Belə ki, o, kamera qarşısına müxtəlif geyimlərdə çıxır.

Müəllim riyaziyyatı sevdirmək üçün ötən il pop müğənnisi ilə birlikdə musiqili dərslər verməyə başlamışdı. Musiqili dərs internetdə izlənmə rekordları qırmışdı.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR