Xaçmaz rayonunun Şollar kəndində yerləşən 1 saylı uşaq bağçasında başlayan yanğın qısa vaxt ərzində bütün binanı əhatə edib.
ANS PRESS-in məlumatına görə, hadisə yerinə dərhal FHN-nin Xaçmaz və Xudat Yanğından Mühafizə Hissəsindən 3, Qusardan 1 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində uşaq bağçasl ilə eyni binada yerləşən 3 fərdi evin və bağçanın dam örtüyü, arakəsmələr tamamilə yanıb. Yanan evin sahiblərindən biri hadisənin başvermə səbəbini bilmədiklərini deyir.

Xaçmaz İh başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov yanğın nəticəsində uşaq bağçasına ciddi ziyan dəymədiyini bildirib.
Xudat şəhər meri Akif Mərdanov bildirib ki, bu gün saat 17 radələrində yanğın baş verib: “Yəqin ki, qısa qapanmadan olub, sadəcə mətbəxə ziyan dəyib”.
Bağça müdiri Rəşadə Həsənova bildirib ki, bağçada heç bir yanğın əmələ gəlməyib, şəxsi yaşayış binasından gəlib, bağça da ziyan görüb.

Yanğınsöndürənlərin verdiyi məlumata görə, yanğın nəticəsində 3 fərdi ev və uşaq bağçası yerləşən binanın 360 kv m-lik dam örtüyü və arakəsmələr yanıb. Hadisənin baş vermə səbəbi araşdırılır.