Xaçmaz rayonu, Xudat şəhərində uşaq bağçasında yanğın hadisəsi baş verib.
Milli.Az atv.az-a stinadən bildirir ki, yanğın nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan, hazırda fəaliyyət göstərməyən uşaq bağçasının taxtadan ibarət dam örtüyü, arakəsmələri 10 kvadrat metr sahədə yanıb.
Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub.Yanğının söndürülməsi üçün Fövqaladə Hallar Nazirliyininin Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat və Xaçmaz rayonu şöbələrindən 4 yanğınsöndürən briqada cəlb edilib. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az