Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Slovakiyaya yollanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, səfərdə məqsəd Avropa Liqasının final mərhələsinin ilk oyununda iştirakdır.

Səhər saatlarında Bakını tərk edən Faiq Qarayevin yetirmələri qarşılaşmanın keçiriləcəyi Nitra şəhərində məskunlaşacaqlar. Görüş isə iyunun 30-da Şəhər Sarayında baş tutacaq.

Qeyd edək ki, cavab matçı iyulun 3-də paytaxtımızda olacaq.

Milli.Az