Çağırışçılar müddətli həqiqi hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər.

Hərbi hissəyə çağırış 2016 - Metbuat.az-ın məlumatına görə, 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür.

Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Məlumatların tapılması üçün özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində xanalara daxil edib cavab ala bilərsiniz. Bütün axtarış xanaların doldurulması məcburidir. Soyadı, adı, ata adı və doğum tarixi xanalarını doldurmaq üçün nümunə: Əliyev Əli Vəli 22.12.1992.

2016-cı il iyul çağırışçıların nəzərinə, hərbi xidmət keçmə yerinizi öyrənmək üçün aşağıdakı yazının üzərinə vurun.

DÜŞDÜYÜN HƏRBİ HİSSƏNİ ÖYRƏNMƏK ÜÇÜN YAZININ ÜZƏRİNƏ VUR