İyulun 9-da və 10-da Bakıda keçiriləcək "Jara" festivalında rusiyalı tanınmışlarla yanaşı, yerli müğənnilər də yer alacaqlar.
Axşam.az-ın məlumatına görə, xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Səmra Rəhimlidən sonra daha bir ifaçının festivala qatılacağı açıqlanıb. Belə ki, əməkdar artist Tünzalə Ağayeva da həmin gün mahnılarını səsləndirəcək.
Festival Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov tərəfindən keçirilir və onun sahibi olduğu "Sea Breeze" istirahət mərkəzində baş tutacaq.
Rusiyada "Qolos deti" müsabiqəsinin iştirakçısı olan həmyerlimiz Azər Nəsibovun da "Jara"ya qatılacağı açıqlanıb.
Qeyd edək ki, festivalın qonaqları arasında Filipp Kirkorov, Leonid Aqutin, Qriqori Leps, Ani Lorak, Valeriya, Valeri Meladze, Svetlana Loboda və başqaları yer alacaqlar.
Milli.Az
