Bu gün qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi ilk oyunda Slovakiya yığmasının qonağı olacaq.

Voleybolçularımızın qarşılaşmanın keçiriləcəyi Nitrada da uğurlu seriyanı davam etdirəcəyi gözləniləndir. Çünki bu mövsüm hələ məğlub olmayan komandamız yenə cütün favoritidir. Onlar qələbə sayəsində iyulun 3-də Bakıda baş tutacaq cavab oyununa üstün çıxmaq arzusundadırlar.

Lakin Slovakiyanın da asan məğlub olacağı inandırıcı deyil. Onlar da yerli publika önündə qalib gəlib, səfərə rahat çıxmağı hədəfləyiblər.


Avropa Liqası
Final mərhələsi, ilk oyun
30 iyun


20:00. Slovakiya - Azərbaycan
Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Yeva (İtaliya)
Nitra, Şəhər Sarayı

Milli.Az