"Report" xəbər verir ki, görüş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçiriləcək.
Danışıqların əsas mövzusu 24 noyabr 2015-ci il tarixində Türkiyə HHQ-nin Rusiyaya məxsus "Su-24" qırıcısını vurmasından sonra ciddi sarsılan ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi olacaq.
Lavrov və Çavuşoğlu sonuncu dəfə dekabrın 3-də Belqradda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının "sahələri"ndə ünsiyyətdə olublar.