Bakı. 1 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənəddə bildirilir ki, son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılmış, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılmışdır.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı


Şəhər, rayon Quyuların sayı Yaşayış məntəqələri 1 Ağcabədi 9 Yuxarı Qiyaməddinli Poladlı Bala Kəhrizli Böyük Kəhrizli Boyat Hacılar Kəbirli Xocavənd İmamqulubəyli 2 Ağdam 9 Kəlbəhüseynli Quzanlı qəsəbəsi (2 ədəd) Çəmənli Çullu Əhmədağalı Məmmədbağırlı Qəhrəmanbəyli Gül Baharlı 3 Ağsu 1 Təklə 4 Ağstafa 6 Aşağı Kəsəmən Pirili Poylu (2 ədəd) Qarahəsənli Mollacəfərli 5 Astara 1 Ojakəran 6 Balakən 4 Tülü Qullar Gərəkli Qasbinə 7 Beyləqan 4 Kəbirli Aşıqalılar Təzəkənd Dünyamalılar 8 Bərdə 9 Soğanverdilər (2 ədəd) Xanərəb Piyadalar Əmirli Qullar Hüseynbəyli Dəymədağıldı Şahvəlilər 9 Cəlilabad 3 Cəlilabad şəhərinin ərazisi Təzəkənd Üçtəpə 10 Füzuli 6 Şıpartı ərazisi (2 ədəd) Aşağı Seyidəhmədli ərazisi 1 №-li Qayıdış qəsəbəsi Böyük Bəhmənli Arayatlı 11 Gəncə 2 Kəpəz rayonunun ərazisi (2 ədəd) 12 Goranboy 9 Muzdurlar Nadirkənd Qaramusalı Veyisli Qaradağlı (2 ədəd) Qızılhacılı qəsəbəsi (2 ədəd) Aşağı Ballıqaya 13 Göygöl 4 Qırıqlı Quşqara (2 ədəd) Bəhrambağ qəsəbəsi 14 Xaçmaz 3 Qıraqlı Mirzəməmmədqışlaq Köhnə Xudat 15 Şamaxı 1 Qaravəlli 16 İsmayıllı 4 Qalagah Qalınçaq Topçu Buynuz 17 Qax 6 Dəymədağlı Ləkit Güllük Zəyəm Tasmalı Böyük Alatəmir 18 Qazax 5 Daş Salahlı (2 ədəd) Çaylı (2 ədəd) Canalı 19 Qəbələ 3 Məlikli Zarağan Mıxlıqovaq 20 Quba 3 Aşağı Atuc Mirzəqışlaq Zərdabi qəsəbəsi 21 Qusar 2 Kuzunqışlaq Bədişqala 22 Masallı 2 Banbaşı Ərkivan 23 Oğuz 3 Dəymədərə Bucaq Xaçmazqışlaq 24 Samux 6 Lək Çobanabdallı Zazalı Sərkar Qarayeri qəsəbəsi Aşağı Ağasıbəyli 25 Şəki 8 Şəki şəhərinin ərazisi Orta Zəyzid Baş Göynük Kosalı Şorsu Oxud Aşağı Küngüt Baş Zəyzid 26 Şəmkir 7 Zəyəm Cırdaxan (3 ədəd) Düyərli Şiştəpə Çinarlı Qaracəmirli 27 Tərtər 7 Yuxarı Qapanlı İlxıçılar (2 ədəd) Köçərli Qaraağacı Sarıcalı (2 ədəd) 28 Tovuz 8 Dönük Qırıqlı Aşağı Quşçu Əyyublu Aran Əlimərdanlı Alakol Qovlar şəhəri (2 ədəd) 29 Yevlax 2 Qaramanlı Malbinəsi 30 Zaqatala 6 Muxax (2 ədəd) Yengiyan Bəhmətli Əliabad Kebeloba 31 Xocavənd 1 Nərgiztəpə ərazisi 32 Yardımlı 1 Deman 33 Şuşa (Ağdam rayonunun ərazisi) 1 Mirzələr qış yatağı 34 Laçın (Ağcabədi rayonunun Taxta-Körpü ərazisi) 1 Sadınlar obası sahəsi 35 Qobustan 1 Təklə Mirzəbaba 36 Lənkəran 1 Şirinsu qəsəbəsi 37 Lerik 1 Lələdulan Cəmi 150 134