"Yeni-yeni cücərən moda sahəmizi ucuruma aparırlar".
Milli.Az primetime.az-a istinadən xəbər verir ki, azərbaycanlı model Rəcəb Rəcəbli "NewYork fashion life"ın tam rəsmi üzvü seçilib. Rəcəb uğurla addımlamağının əsas göstəricisi kimi modelə lazım olacaq bütün tələbləri özündə cəmləşdirə və qısa zamanda tələb olunan bədən standartını tənzimləyə bilməsində görür. O, təəssüflə qeyd edib ki, Azərbaycanda boyu 170 sm-dən yuxarı olan, bir az da simasına estetik gözəllik qatıb fotokomeraların önünə keçib pozalar verənlər özlərini model hesab edirlər:
"Yeni-yeni cücərən moda sahəmizi ucuruma aparırlar. Təbii ki, söhbət tək oğlanlardan yox, özünü model hesab edən qızlardan da gedir. Hazırda Azərbaycanda ümümiyyətlə nə oğlan, nə də qadın model yoxdur. Onlara səhv yolda olduqlarını əminliklə sübut edə bilərəm".
Qeyd edək ki, Rəcəb Rəcəblinin bu şəkillərini fotoqraf Pərviz Salıyev çəkib.
Milli.Az







