Bu gün Bakıda voleybolçu qadınlar arasında Avropa Liqasının final mərhələsinin cavab görüşü keçiriləcək. Goal.az xəbər verir ki, Azərbaycan milli komandası Bakı İdman Sarayında Slovakiyanı qəbul edəcək.

İki komanda arasında iyunun 30-da Nitra şəhərində keçirilmiş qarşılaşmada millimiz 3:1 hesabı ilə qalib gəlib. Təkrar qarşılaşmada Faiq Qarayevin baş məşqçi olduğu komandaya qələbədən əlavə, 2:3 hesablı məğlubiyyət də kifayət edir. İki oyunun nəticəsində üstün olacaq tərəf 2017-ci il Dünya Qran-Prisində iştirak hüququna yiyələnəcək. Hazırda yığmamız tarixi uğurun astanasındadır və bu fürsətin əldən veriləcəyi inandırıcı görünmür.

Avropa Liqası

Final, cavab görüşü

18:00. Azərbaycan - Slovakiya

Hakimlər: Corco Qnani (İtaliya), Elena Geldof (Hollandiya)

Bakı, İdman Oyunları Sarayı

İlk oyun - 3:1

Milli.Az