Kəşfiyyatdan şok açıqlama

Kəşfiyyatdan şok açıqlama
22:37 3 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hərbçiləri Donbasda yeni mərkəz yaratmağa cəhd edirlər
Ukrayna kəşfiyyatı Donbasa Rusiya hərbçilərinin yeni qüvvələrinin gəldiyini açıqlayıb.

Anspress-in məlumatına görə, hərbçilər artıq Luqansk vilayətindəki bütün seperatçı qruplaşmalar üzərində vahid rəhbər mərkəz yaratmağa çalışırlar.

Ukrayna kəşfiyyatı son sutka ərzində Rusiya Federasiyasının yeni hərbçilərinin Ukrayna ərazisinə gəldiyini qeydə alıb.

Bu məlumatı bu gün keçirdiyi mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko da təsdiq edib.

Lısenkonun sözlərinə görə, Rusiya Federasiyasının vahid idarəetmə mərkəzinin yaradılması cəhdləri Luqansk vilayətindəki bütün seperatçı qruplaşmalarında qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR