Bu gün Azərbaycanın bank sektorunda izafi likvidlik hiss olunur.
Bu barədə ANS TV-inin "Hesabat" verilişində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Mir Şahinin suallarını cavablandırarkən bildirib.
“Bütün normalara görə bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq vəsait var. Əgər banklar o kreditləri vermirlərsə, deməli, öz mənfəətlərindən imtina edirlər”,- deyə Rüfət Aslanlı vurğulayıb.
Onun sözlərinə görə, kreditlər ödəmə qabiliyyətli, rentabelli layihələrə verilməlidir: “Bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin omalıdırlar”.
Rüfət Aslanlı bildirib ki, I rübün yekunlarına görə, bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli olub, istehlak kreditləri isə yalnız 27 faiz təşkil edib: “Bu kreditlərin bir qismi xarici investorların Azərbaycan həyata keçirdiyi layihələr çərçivəsində verilmiş və ya bu layihələr əlavə olaraq ödənmiş dövriyyə vəsaitləri ola bilər”.