Avropa çempionatının sürpriz iştirakçılarından hesab edilən İslandiya millisinin üzvləri ölkədə təmtəraqlı şəkildə qarşılanıblar.

İslandiya xalqı "vikinq"ləri belə qarşıladı - VİDEO

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, "Avro-2016"da 1/4 finala çıxan İslandiya futbolçularını ölkədə böyük izdiham qarşılayıb. Məlumata görə, futbolçuları qarşılamaq üçün paytaxt Reykyavikin mərkəzində on minlərlə islandiyalı toplaşıb. Milli yığmanın oyunçuları üstüaçıq avtobusda, baraban sədaları altında şəhəri gəzərək sakinləri salamlayıblar. Daha sonra yığmanın məşqçisi Heymir Hadlqrimmson və futbolçular fanatlara təşəkkür ediblər.

Qeyd edək ki, İslandiya millisi futbol üzrə Avropa çempionatında ilk dəfə iştirak edirdi. Komanda 1/4 finalda Fransa yığmasına 5:2 hesabı ilə uduzsa da, daha əvvəlki oyunlarda İngiltərə və Avstriyanı məğlub edərək yarışdan çıxarmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İslandiya xalqı "vikinq"ləri belə qarşıladı - VİDEOİslandiya xalqı