Bu sözləri onlayn sual-cavab sessiyasında "Report"un sualını cavablandırarkən Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov deyib.
Onun sözlərinə görə, çoxtərəfli formatda tərəflər BMT, ATƏT, İKT kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir: "Qazaxıstan və Azərbaycan arasında mütəmadi olaraq yüksək və yuxarı səviyyədə görüşlər və danışıqlar keçirilir. Şəxsən mən dəfələrlə sizin gözəl ölkənizdə olmuşam".
Y.İdrisov qarşıdakı aylarda Azərbaycana səfərlərin planlaşdırılmadığını, amma həmişə günəşli Azərbaycana gəlməkdən şad olduğunu da sözlərinə əlavə edib.