Qonşusu müğənni Baloğlan Əşrəfovdan şikayətçi oldu. Müğənni iştirak etdiyi verilişi tərk etdi. ANS PRESS-in məlumatına görə, ANS telekanalında yayımlanan "A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr və qonaqları ilə evlərin qonaqları olacaq.

"Bakı Film"in təqdimatında 28 fevral tarixində saat 22:00-da yayımlanacaq verilişdə nələrin baş verəcəyi hər kəsə maraqlıdır. Proqramın bu həftəki əsas qonağı aşıq Zülfiyyə, digər qonaqlar isə xalq artisti Baloğlan Əşrəfov və rəqqasə Fatimədir.

Sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxacaq.
Ondan şikayətçi olan məşhur qonşusu studiyaya gələcək. Həmin şəxs, digər qonşuları sənətçi barədə nələr danışdılar? Baloğlan Əşrəfovu verilişi tərk etməyə nə vadar etdi? Kimin üstünə təcili yardım çağırıldı?

"A-dan Z-yə" komandası tərəfindən sənətçi üçün maraqlı sürpriz hazırlanıb. Zaur Nəbioğlunun aparıcısı olduğu proqramında yaşananları bilmək istəyirsinizsə şənbə günü "A-dan Z-yə" verilişini qaçırmayın.

Baloğlan Əşrəfov verilişi tərk etdi (FOTO)
Baloğlan Əşrəfov verilişi tərk etdi (FOTO)
Baloğlan Əşrəfov verilişi tərk etdi (FOTO)
Mənbə
ANS PRESS