Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Oğuz, Şəki, Qax rayonlarından vətəndaşlar iştirak edə bilər.
K.Həsənovla görüşdə yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbul saat 11:00-da Oğuzda yerləşən Milli Olimpiya Mərkəzində baş tutacaq. Qəbula yazılmaq istəyənlər komitənin office@emdk.gov.az elektron ünvanına yaza bilərlər.