Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Budəfəki püşkdə 91 komanda iştirak edəcək. İkinci təsnifat mərhələsi başa çatmadığı üçün bu mərhələnin 33 cütü və yarışa III turdan qatılacaq daha 25 komanda öz rəqiblərini tanıyacaq.

Komandalar artıq səbətlərə bölünüblər. Belə ki, 25 komanda öz reytinqinə, 33 cütlük isə daha güclü komandanın əmsalına görə təsnifləndirilib.

Təmsilçilərimiz "Neftçi", "Qəbələ" və "Kəpəz" səpələnməmişlər sırasında qərarlaşıblar. Səpələnməmişlərin arasında 2-ci olan "Neftçi"ni səpələnmişlərdən cəmi 0.210 xal ayırır.
Bu isə o deməkdir ki, əgər komandalarımız mərhələni keçə bilsələr, nisbətən güclü rəqiblərlə qarşılaşmalı olacaqlar.

Bugünkü püşk onları təkcə cütlərlə yox, həm də "Alkmaar", "Vest Hem", "Lill", "Sassuolo", "Herta", "Gent" kimi mümkün rəqiblərlə üz-üzə qoya bilər.

Avropa Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

"Alkmaar" (Hollandiya)
"Genk" (Belçika) - "Buduçnost" (Monteneqro) cütünün qalibi
"Lill" (Fransa)
"Sent-Etyenn" (Fransa)
"Gent" (Belçika)
"Krasnodar" (Rusiya)
"Rapid" (Avstriya)
"Slovan" (Çexiya)
"Maribor" (Sloveniya) - "Levski" (Bolqarıstan) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) - "Makkabi" Təl-Əviv (İsrail) cütünün qalibi
"Spartak" (Moskva, Rusiya)
"Austriya" (Vyana, Avstriya) - "Kukesi" (Albaniya) cütünün qalibi
"Partizan" (Serbiya) - "Zaqlebiye" (Polşa) cütünün qalibi
"Vest Hem" (İngiltərə)
"Herta" (Almaniya)
"Panatinaikos" (Yunanıstan)
"Midtyulland" (Danimarka) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi
"Ruyeka" (Xorbatiya)
"Sassuolo" (İtaliya)
"Rio Ave" (Portuqaliya)
"Voeskla" (Ukrayna)
"Nomme Kalyu" (Estoniya) - "Makkabi" H (İsrail) cütünün qalibi
"Beroe" (Bolqarıstan) - HİK (Finlandiya) cütünün qalibi
"İaşi" (Rumıniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi
"Arouka" (Portuqaliya)
"Apollon" (Kipr)
"Mlada Boleslav" (Çexiya)
"Dinamo" (Belarus) - "Sent Patriks" (İrlandiya) cütünün qalibi
"Beytar" (İsrail) cütünün qalibi - "Omoniya" (Kipr) cütünün qalibi

Səpələnməmişlər
"Qrasshoppers" (İsveçrə) - "Reykyavik" (İslandiya) cütünün qalibi
"Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) cütünün qalibi
"Kliftonvill" (Şimali İrlandiya) - AEK (Kipr) cütünün qalibi
"Aleksandriya" (Ukrayna)
AİK (İsveç) - "Europa" (Cəbəllütariq) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Yelqava" (Latviya) cütünün qalibi
"Lürsern" (İsveçrə)
"Videoton" (Macarıstan) - "Çukariçki" (Serbiya) cütünün qalibi
AEK (Yunanıstan)
"Voyvodina" (Serbiya) - "Konna Kvey" (Uels) cütünün qalibi
"İstanbul Başakşehir" (Türkiyə)
"Sonderyuske" (Danimarka) - "Stromsqodset" (Norveç) cütünün qalibi
"Şaxtyor" (Belarus) - "Domjale" (Sloveniya) cütünün qalibi
"Şirak" (Ermənistan) - "Spartak" T (Slovakiya) cütünün qalibi
"Hibernian" (Şotlandiya) - "Brondbü" (Danimarka) cütünün qalibi
"Herakles" (Hollandiya)
"Panduri" (Rumıniya)
"Zimbru" (Moldova) - "Osmanlıspor" (Türkiyə) cütünün qalibi
"Levadiya" (Estoniya) - "Slaviya" (Çexiya) cütünün qalibi
"Debretsen" (Macarıstan) - "Torpedo" (Belarus) cütünün qalibi
"Pyast" (Polşa) - "Höteborq" (İsveç) cütünün qalibi
"Birkirkara" (Malta) - "Harts" (Şotlandiya) cütünün qalibi
"Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan) cütünün qalibi
"Aberdin" (Şotlandiya) - "Ventspils" (Latviya) cütünün qalibi
"Haken" (Norveç) - "Kork Siti" (İrlandiya) cütünün qalibi
"Yannina" (Yunanıstan) - "Odd" (Noeveç) cütünün qalibi
"Rovaniemi" (Finlandiya) - "Lokomotiv" (Xorvatiya) cütünün qalibi
MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan) cütünün qalibi
"Vitorul" (Rumıniya)

Milli.Az