Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi açıqlama yayıb.
Həmin şəxslər barəsində iyulun 15-də FETÖ/PYD tərəfindən gerçəkləşdirilən, lakin baş tutmayan hərbi çevrilişdə iştirakla bağlı istintaq başlanıb.