Nepalda iki sərnişin avtobusu toqquşub, 9 nəfər ölüb
Paylaş
83 baxış·1 dəq oxu
Bakı. 31 iyul. REPORT.AZ/ Nepalda iki sərnişin avtobusunun toqquşması nəticəsində 9 nəfər ölüb, 31 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb. İki şəhərlərarası avtobus bazar gününə keçən gecə Makvanpur dairəsi ərazisində toqquşub. Zərərçəkənlərin hamısı yerli xəstəxanalara yerləşdirilib.