“Cavanşir Məmmədov və Səməd Səmədovun bu mədəniyyətdə nə rolu var ki, onun qarşısında kimsə oxusun?”.
Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
Tolik xalq artisti Səməd Səmədovun və əməkdar artist Cavanşir Məmmədovun ünvanına qalmaqallı sözlər söyləyib. O, "Qismət" qrupunun solisti Tural Məmmədovu müdafiə edib:
“Cavanşir Məmmədov deyir ki, “gəl mənim qarşımda oxu”. O, şou-biznesdə kimə müəllimlik edə bilər ki? İlhamə Quliyeva öləndən sonra hamı özünü şah hesab edir. Şah yoxdur, yerinizi bilib oturun. İndi “mənəm-mənəm” deyənləri, vaxtında İlhamə Quliyevanın qabını dəyişən, çantasını daşıyan görmüşəm.
Cavanşir Quliyevin Turala “Gəl qarşımda imtahan ver” deməsinə əsəbiləşdim. Siz Fidan və Xuraman Qasımovasınız sizin qarşısınızda oxusunlar? Cavanlara yol verək, onlara sataşmayaq. Özünüzə hörmət qoymasanız, gənclərdə sizə hörmət etməyəcək.
Mən Flora Kərimovanın əlindən öpürəm, Alim Qasımovu görəndə ayağa dururam. Nə “imperator”, nə də “kral” tanıyıram. Mən Cavanşir Məmmədovla Səməd Səmədovu tanıyıram. Maskalarınızı çıxardın”.