Son günlər maraqlı açıqlamaları ilə diqqəti cəb edən Arsen Venqer Premyer Liqada yeni mövsüm gedəcək mübarizədən danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı bacarıqlı məşqçilərin gəlişini xüsusi qeyd edib.

"Premyer Liqa məşqçilər arası dünya çempionatına bənzəyir. Dünyanın ən yaxşı məşqçiləri bura gəlir ki, işimizi çətinləşdirsinlər. Azarkeşlər də məhz turnirin maraqlı alınmasını istəyir. İngiltərədə səviyyəli mütəxəsislər nə qədər çox toplaşsa, çempionat o qədər maraqlı olacaq".

Milli.Az