33 yaşlı braziliyalı model İzabeli Fontana, müğənni-bəstəkar Di Ferrero ilə ailə qurub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, nikah mərasimi Maldivdə baş tutub.
Toyda xüsusi diqqət çəkən məqam modelin tam transparan gəlinliyi olub. Məşhur brend “Agua de Coco”dan olan gəlinliyin müzakirəsi mərasimi kölgədə qoyub.
Qeyd edək ki, İzabeli daha öncə iki dəfə evli olub. Onun Alvaro Jacomossidən (2000-2004) və Henri Kastelli (2005-2007) evliliklərindən 2 oğlu var.
