Tanınmış müğənni təyyarədə olay çıxardı

Tanınmış müğənni təyyarədə olay çıxardı
19:29 4 Yanvar 2015
218 Şou
Ölkə mətbuatı
A- A+

Antalyadan İstanbula gəlmək üçün təyyarəyə minən türkiyəli müğənni Bülənt Ərsoy qalmaqal yaradıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, ifaçı xəbərdarlıqlara baxmayaraq, təhlükəsizlik kəmərini taxmayıb. Havaya qalxmağa hazırlaşan təyyarənin pilotu Ərsoyun bu hərəkətinə görə uçuşu təxirə salıb. 

Digər sərnişinlər də müğənninin inadına qarşı çıxaraq, şikayət edib. Bülənt daha sonra onlarla dalaşmağa başlayıb. Hava limanının işçiləri məsələyə qarışaraq, Ərsoyu yola gətirib. Bir saat davam edən mübahisədən sonra ifaçı kəmər taxmağa razılaşıb və təyyara yoluna davam edib.

B.Ərsoyun əməliyyat olunduğu üçün kəmər taxmaq istəmədiyi ortaya çıxıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR