Bülənt Ərsoy yenə qalmaqal saldı

Bülənt Ərsoy yenə qalmaqal saldı
20:17 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Antalyadan İstanbula gəlmək üçün təyyarəyə minən türkiyəli müğənni Bülənt Ərsoy qalmaqal yaradıb.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı xəbərdarlıqlara baxmayaraq, təhlükəsizlik kəmərini taxmayıb. Havaya qalxmağa hazırlaşan təyyarənin pilotu Ərsoyun bu hərəkətinə görə uçuşu təxirə salıb.
 
Digər sərnişinlər də müğənninin inadına qarşı çıxaraq, şikayət edib. Bülənt daha sonra onlarla dalaşmağa başlayıb. Hava limanının işçiləri məsələyə qarışaraq, Ərsoyu yola gətirib. Bir saat davam edən mübahisədən sonra ifaçı kəmər taxmağa razılaşıb və təyyara yoluna davam edib.
 
B.Ərsoyun əməliyyat olunduğu üçün kəmər taxmaq istəmədiyi ortaya çıxıb.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR