"Report" "Cümhuriyet" qəzetinə istinadən xəbər verir ki, rəsmi Ankara Afinadan hərbçilərin ekstradisiyasını istəyir.
Xatırladaq ki, türkiyəli hərbçilər Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra helikopterlə Yunanıstanın şimal-şərqindəki Aleksandrupolis şəhərinə qaçıblar. Qaçan hərbçilər arasında üç mayor, üç kapitan və iki gizir var.