Ukraynanın Xarkov şəhərində internet vasitəsilə əxlaqsızlıq edən bir qrup saxlanılıb.

Xarkov Təhlükəsizlik Müdirliyi Əlaqə Dairəsinin apardığı araşdırma zamanı məlum olub ki, kirayə tutulan evdə yaşları 18 ilə 30 arasında dəyişən 30 Ukraynalı qadın pul qarşılığında xarici müştərilər üçün internet üzərindən cinsi məzmunlu şoularda iştirak ediblər.

Qiyməti dəqiqə başına 3-7 dollar arasında dəyişən şoulardan əldə edilən qazancın 40 faizinin nəşrlərdə rol alan qadınlara ödəndiyi, 24 saat açıq olan qeyri-qanuni studiyaları aylıq gəlirinin orta hesabla 20 min dollar olduğu ifadə edilib.

Qeyd edək ki, tutulanların 7 il azadlıqdan məhrum edilməsi gözlənilir.

Mənbə: Sonxeber.az