ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistanın Şimali Vəziristan əyalətində terrorçuların zərərsizləşdirilməsi ilə məqsədi ilə əməliyyat keçirib.
ANS PRESS-in məlumatına görə, keçirilən əməliyyatda azı yeddi terrorçu məhv edilib.
“Təhrik-i-Taliban Pakistan” qruplaşmasının üzvləri əyalətdəki bazada görüş keçirərkən Amerika pilotsuz təyyarəsi binaya iki zərbə endirib.
Digər bir məlumatda bildirilir ki, yeddi terrorçudan əlavə qruplaşmanın bir lideri və daha üç üzvü öldürülüb.
Xatırladaq ki, ötən ilin sonlarında terrorçuların Peçavarda hərbi məktəbə hücumu nəticəsində 148 şagird və müəllim həlak olmuş, 300 nəfər isə yaralanmışdı. Bundan sonra ölkədə terrorçuların məhv edilməsi istiqamətində aparılan əməliyyatlar gücləndirilib.