Bu gün UEFA-nın Gənclər Liqasının 2016/17 mövsümündə “Çempionlar yolu”nun püşkü atılacaq. Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbirin Bakı vaxtı ilə saat 14.00-da başlayacağı planlaşdırılsa da, püşkatmanın vaxtı dəyişdirilib. Mərasim saat 15.45-dəı start götürcək.
AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi adını qazanan “Qəbələ” öz ölkəsinin çempionu olan 32 komanda arasında mübarizə aparacaq. Təmsilçimizin I mərhələdəki rəqibi püşkatmada bəlli olacaq. Tədbirdə təkcə I deyil, həm də II mərhələnin cütləri bilinəcək. İlk mərhələnin 16 cütü növbəti raundda 8 duel təşkil edəcək.
Püşkdən öncə komandalar regionlar üzrə 4 qrupa bölünüb. Səbətlər olmadığından hər komanda öz qrupundakı klublarla görüşə bilər. “Qəbələ” Şərqi Avropa təmsilçiləri ilə 4-cü qrupda yer alıb. Təmsilçimiz “Dinamo” (Moskva, Rusiya), “Altınordu” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Şaxtyor” (Belarus), “Levski” (Bolqarıstan), “Kayrat” (Qazaxıstan) və “Dinamo” (Gürcüstan) ilə qarşılaşa bilər.
Gənclər Liqası
“Çempionlar yolu”nun iştirakçıları
1-ci qrup
Malaqa (İspaniya)
Roma (İtaliya)
PAOK (Yunanıstan)
APOEL (Kipr)
Çukariçki (Serbiya)
Domjale (Sloveniya)
Nitra (Slovakiya)
PFLA-Felçút (Macarıstan)
2-ci qrup
Ayaks (Hollandiya)
Anderlext (Belçika)
Midtyulland (Danimarka)
AİK (İsveç)
Rusenborq (Norveç)
HİK (Finlandiya)
Breydablik (İslandiya)
Kork Siti (İrlandiya)
3-cü qrup
Sürix (İsveçrə)
Sparta (Çexiya)
Viitorul (Rumıniya)
Zalsburq (Avstriya)
Şerif (Moldova)
Zrinski (Bosniya və Herseqovina)
Vardar (Makedoniya)
Mladost (Monteneqro)
4-cü qrup
Dinamo (Moskva, Rusiya)
Altınordu (Türkiyə)
Makkabi (Hayfa, İsrail)
Şaxtyor (Belarus)
Levski (Bolqarıstan)
Qəbələ (Azərbaycan)
Kayrat (Qazaxıstan)
Dinamo (Gürcüstan)
Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 18-19-da baş tutacaq. II mərhələ isə noyabrın 1-2 və 22-23-də keçirilməlidi.
Fanat.Az