Onun sözlərinə görə, bu layihələr əsasında 3 minə yaxın yeni iş yeri açılacaq: “Bu gün sahibkarlara daha 19 investisiya təşviqi sənədi təqdim edilib. Bu təşviq sənədlərinə uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək investisiya layihələrinin dəyəri 190 mln. manat həcmindədir. Bunun nəticəsində də 1 minə yaxın yeni iş yerinin yaradılmadı nəzərdə tutulub".
"Bütövlükdə isə verilən 51 sənəd üzrə investisiya layihələrinə 500 mln. manatın yatırılması nəzərdə tutulub. Bu layihələr Azərbaycanın 7 iqtisadi rayonunu əhatə edir. Hazırda investisiya təşviqi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Yerli sahibkarlar bu işlərdə fəal iştirak edirlər”, - deyə N.Səfərov qeyd edib.