Qvatemalanın eyni adlı paytaxtı yaxınlığında torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. İtkin düşənlər var. Ərazidə bir neçə yaşayış evi tamamilə dağılıb. Xilasedicilər 30-dək ailəni təbii fəlakət zonasından təxliyə edib.
Sosial səhifələrdə paylaş

Milli.Az