Sabah Çempionlar Liqasında (ÇL) əsas mərhələyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropa nəhəngləri qrup mərhələsində mübarizəyə başlayacaqlar.
İlk olaraq, A, B, C və D qruplarında yer alan komandalar ilk tur matçına çıxacaqlar. Əsas diqqət çəkən oyun Parisdə baş tutacaq. Zlatan İbrahimoviçlə yollarını ayırmasına baxmayaraq, daha da güclənən və ÇL-i qazanmağı hədəfləyən PSJ İngiltərə nəhənglərindən “Arsenal”ı qəbul edəcək.
Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyaya səfər edəcək. “Ağ-qaralar” “Benfika” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Qartal” ləqəbli iki komandanın mübarizəsi böyük maraq kəsb edir.
Sentyabrın 14-dəki “Real” – “Sportinq” görüşü isə Kriştianu Ronaldo üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki “kral klubu”nun qolçusu onu yetişdirən komandanın qapısına qol vurmağa çalışacaq.
Çempionlar Liqası
Qrup mərhələsi. I tur
13 sentyabr
A qrupu
22:45. “Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)
22:45. PSJ (Fransa) – “Arsenal” (İngiltərə)
B qrupu
22:45. “Benfika” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)
22:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Napoli” (İtaliya)
C qrupu
22:45. “Barselona” (İspaniya) – “Seltik” (Şotlandiya)
22:45. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
D qrupu
22:45. “Bavariya” (Almaniya) – “Rostov” (Rusiya)
22:45. PSV (Hollandiya) – “Atletiko” (İspaniya)
14 sentyabr
E qrupu
22:45. “Bayer” (Almaniya) – MOİK (Moskva, Rusiya)
22:45. “Tottenhem” (İngiltərə) – “Monako” (Fransa)
F qrupu
22:45 “Legiya” (Polşa) – “Borussiya” (Dortmund, Almaniya)
22:45. “Real” (İspaniya) – “Sportinq” (Portuqaliya)
G qrupu
22:45. “Brügge” (Belçika) – “Lester” (İngiltərə)
22:45. “Porto” (Portuqaliya) – “Kopenhagen” (Danimarka)
H qrupu
22:45. “Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya)
22:45. “Lion” (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya)