Çempionlar Liqasında 2016/17 mövsümünün qrup mərhələsinə start verilir. Fanat.Az xəbər verir ki, bu gecə 4 qrupda 8 oyun baq tutacaq.

A qrupuda İsveçrə və Bolqarıstan çempionları - "Bazel"lə "Ludoqorets" qarşılaşacaq. Qrupun əsas oyununda isə Fransanın dəyişməz çempionu PSJ "Arsenal"ı qəbul edəcək.

B qrupunda Türkiyənin turnirdəki tək təmsilçisi "Beşiktaş" səfərdə "Benfika"nı sınağa çəcək. "Napoli" isə Kiyevdə "Dinamo" ilə münasibətlərini aydınlaşdıracaq.

Turnirin favoritlərindən "Barselona" "Seltik"i qəbul edəcək. Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti" Mönhenqladbax "Borussiya" ilə üz-üzə gələcək.

D qrupunda isə "Bavariya" gücünü "Rostov"a göstərməyə çalışacaq. Ötən mövsümkü finalçı "Atletiko" isə PSV-nin qonağı olacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
13 sentyabr

A qrupu
Bazel (İsveçrə) - Ludoqorets (Bolqarıstan)
PSJ (Fransa) - Arsenal (İngiltərə)

B qrupu
Benfika (Portuqaliya) - Beşiktaş (Türkiyə)
Dinamo (Kiyev, Ukrayna) - Napoli (İtaliya)

C qrupu
Barselona (İspaniya) - Seltik (Şotlandiya)
Mançester Siti (İngiltərə) - Borussiya (Mönhenqladbax, Almaniya)

D qrupu
Bavariya (Almaniya) - Rostov (Rusiya)
PSV (Hollandiya) - Atletiko Madrid (İspaniya)

Fanat.Az