Rusiya Federasiyasından Azərbaycana gələn minik avtomobili qəzaya uğrayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, qəza Xudat şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Novruzov Ruslan Dövlətxan oğlunun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Sürücü yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Milli.Az