Nepalda bərənin aşması nəticəsində 20 nəfər itkin düşüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin şərqində Sunsari rayonunda, Kosi çayında baş verib. Hadisə zamanı 37 nəfər xilas edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə günorta baş verib. Normadan iki dəfə artıq yüklənmiş qayıq sürətli axına tab gətirməyərək çevrilib.
Polis, xilasedicilər və ordu bölmələri axtarış-xilasetmə əməliyyatına başlayıb.